Cəmiyyət

Qarabağ Universiteti bu binada fəaliyyətə başlayacaq

Qarabağ Universiteti öz müəllimlərini və tələbələrini qarşılamağa hazırdır. Bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında bildirilib.Sujetdə daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub. Burada orta təhsil müəssisələrilə yanaşı musiqi və peşə məktəbləri fəaliyyət göstərib. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında fəaliyyət göstərəcək Qarabağ Universitetində regionun inkişafı üçün kadr potensialının yetişdirməsi gözlənilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər