Dünya

“Uşaq dünyaya gətirmək qadınların borcudur” – Şimali Koreya lideri

“Doğum nisbətlərinin azalmasının dayandırılması və uşağa yaxşı baxım və təhsilin təmin edilməsi analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir”. Bu ifadələri Şimali Koreya prezidenti Kim Çen In Milli Analar Yığıncağının açılışında deyib. Qadınları daha çox uşaq dünyaya gətirməyə çağıran Kim, doğum nisbətindəki azalmanı dayandırmağın “qadınların vəzifəsi” olduğunu bildirib. Digər tərəfdən, Şimali Koreyada sağlamlıq problemləri ilə məşğul olan Ahn Kyungsu qeyd edib ki, ölkədəki bir çox ailələr birdən çox uşaq sahibi olmağı düşünmürlər. Ahn, ailələrin uşaqlarını böyütmək, onları məktəbə göndərmək və işlə təmin etmək üçün külli miqdarda pul xərcləməli olduğunun fərqində olduğunu söyləyib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin