İndoneziyada Marapi vulkanı püskürüb. Xarici KİV xəbər verir ki, təbiət hadisəsi nəticəsində 11 alpinist yanaraq həlak olub, daha 12 nəfər itkin düşüb. Onların axtarışları təhlükəsizlik səbəbi ilə dayandırılıb.Marapi vulkanı dekabrın 3-də İndoneziyanın Qərbi Sumatra əyalətində püskürüb. Alpinistlərin ümumi sayı 75 nəfər olub. Marapi Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu ildə vulkanın püskürməsi zamanı 60 nəfər həlak olub.
Vulkan püskürdü, alpinistlər yanaraq öldü – İtkin düşənlər var
