Dünya

XİN rəsmisi: “Mina xəritələrinə görə Ermənistana təzyiq göstərilməlidir”

Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir”.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən “Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların və xarici ölkələrin əməkdaşlığı ilə nəticələnməlidir:”Çünki hazırda mina problemi ilə mübarizə Azərbaycanda əsas prioritet sahədir. Azərbaycanda minatəmizləmə üçün tələb olunan məbləğ 25 milyard dollar, son üç ildə göstərilən yardım isə 10 milyon dollardır. Bu rəqəmlər yaşanan problem qarşısında göstərilən yardımın nə qədər kiçik olduğunu görməyə kömək edir.Bu baxımdan hesab edirəm ki, beynəxalq aktorlar Azərbaycana sözügedən problemlə bağlı öz dəstəklərini artırmalıdırlar. Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir. Çünki bu addım özü də Azərbaycana mina problemi ilə mübarizəyə kömək olacaq”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin