Yevlaxda minik maşını motosikletlə toqquşub.
Hadisə səhər saatlarında Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib. “Nissan” markalı avtomobilin motosikletlə toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Allahverdiyev Məhyəddin Əsəd oğlu yaralanaraq xəstəxanaya çatdırılıb.Onun hərbçi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.