Dünya

“Bu məsələlər Ərdoğanla təmaslarımızın gündəmindədir” – Putin

Türkiyə ilə münasibətlər yaxşı səviyyədədir.
Xarici KİV xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyə səfirinin etimadnaməsini təqdimetmə mərasimində deyib. 
“Rusiyanın Türkiyə Respublikası ilə tərəfdaşlığı yüksək səviyyədədir və müxtəlif sahələrdə uzun illər səmərəli əməkdaşlığa əsaslanır. Hər iki tərəf qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan münasibətləri daha da inkişaf etdirmək əzmindədir. Bütün əsas ikitərəfli məsələlər prezident Ərdoğanla müntəzəm təmaslarımızın gündəmindədir”, – Putin bildirib.
O, Rusiyanın Türkiyə ilə enerji sahəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb: “Xüsusən qeyd etmək istərdim ki, enerji sektorunda Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən stratejidir, “Rosatom” Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu”nun tikintisini davam etdirir”. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin