Dünya

Qırğızıstan prezidenti ona hədiyyə verməyi qadağan edib

Qırğızıstan prezidenti Sadır Japarov ad günündə ona hədiyyə verməyi qadağan edib.
Bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib.
“Prezident hamımıza hər hansı hədiyyələr, təqdimatlar və ya təriflər etməyi qadağan edib. O,  fövqəladə təvazökar insandır. Üç il ərzində Japarov sübut etdi ki, xalqımız onu prezident seçməkdə yanılmayıb. Prezident kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər, amma biz hamımız ona uğurlar arzulamalıyıq, çünki onun uğuru bütün xalqın və dövlətin uğurudur”, – deyə Baysalov qeyd edib. 
Japarov 2021-ci ilin yanvarında Qırğızıstan prezidenti olub.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin