Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan ediləcək.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.