Dünya

Fransa Ermənistana daha 15 milyon avro yardım ayıracaq – XİN

Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayıracaq.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir. 

“Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib”, – mətndə deyilir.

Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir.

Fransa Xarici İşlər Nazirliyində deyildiyi kimi, bu, BQXK, Ermənistan Qırmızı Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək.

Bundan əvvəl Paris İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin