Dünya

Azərbaycan seçkiləri izləmək üçün MDB-yə dəvət göndərdi

MDB-nin müşahidə missiyası Azərbaycan, Belarus və Rusiyada keçiriləcək seçkilərin monitorinqində iştirak edəcək.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev jurnalistlərə bildirib.

“Gələn il Birliyimizin aparıcı dövlətlərində seçkilər ilidir. İlk prezident seçkiləri fevralda Azərbaycanda, daha sonra Belarusda, martda isə Rusiya Federasiyasında olacaq. MDB İcraiyyə Komitəsi artıq seçkilərə hazırlaşır”, – deyə Lebedev açıqlayıb.

O, bu seçkiləri müşahidə etmək üçün MDB missiyasının formalaşdırılması və göndərilməsi üçün dəvət aldığını açıqlayıb və onların bu missiyanın öhdəsindən gələcəklərinə ümid etdiyini bildirib.

Lebedev deyib ki, artıq Azərbaycandan yazılı, digərlərindən isə şifahi dəvət gəlib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin