Dünya

Hunter Bayden Konqresdə ifadə verməkdən imtina edib

Hunter Bayden Konqresdə ifadə verməkdən imtina edib.
O. dövlət başçısının impiçmenti işini qanunsuz adlandırıb.

Kapitolinin girişində prezidentin oğlu bildirib ki, respublikaçılar ona və ailə üzvlərinə qarşı “fırıldaqçılıq, sübutlarla manipulyasiya və yalana əsaslanan qanunsuz istintaq” aparırlar.

O, həmçinin bildirib ki, Vaşinqton administrasiyası rəhbərinin Ukraynanın “Burisma Holdings” enerji şirkətinin direktorlar şurasında, çinli biznes tərəfdaşlarında və digər investisiya layihələrindəki işi ilə heç bir əlaqəsi yoxdur.

Nümayəndələr Palatası Hunter Baydeni Konqresə hörmətsizlik olaraq saxlaya bilər.

Əvvəllər o, 1,4 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə, habelə saxta bəyannamə verməkdə ittiham olunub. Co Baydenin oğlunu 17 ilə qədər həbs gözləyir.

Sentyabrda ona silah alışında qanun pozuntusuna görə ittiham irəli sürülüb. Daha sonra Hunter 2018-ci ildə Colt Cobra 38 xüsusi revolveri alarkən anket dolduran zaman narkotikdən istifadə etmədiyini yalanlayıb. Bu arada, bu müddət ərzində o, kokain asılılığı ilə mübarizə aparıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin