İrəvan və Bakı qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması imkanını müzakirə edir.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə keçirdiyi brifinqdə deyib.
“Biz qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması təşəbbüsü ilə çıxış etdik, inanırıq ki, bu, müsbət təsir göstərəcək. Demirəm ki, bizim razılaşmamız var, amma bu, müzakirə olunan ideyadır”, – Mirzoyan bildirib.
O vurğulayıb ki, etimadın yaradılması yolunda bu sazişlərdən başqa digərləri də müzakirə olunur, məsələn, məhbus mübadiləsi sazişi.
İrəvan və Bakı qoşunların sərhəddən çıxarılmasını müzakirə edir
