Cəmiyyət

Prezidentin general rütbəsi verdiyi FHN əməkdaşları kimdir? – FOTOLAR

Xəbər  verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, 1 nəfərə “general-leytenant” ali hərbi rütbəsi, 1 nəfərə “general-mayor” ali hərbi rütbəsi, 2 nəfərə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
“General-leytenant” ali hərbi rütbəsi alan Etibar Rəsul oğlu İsmayılov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

O, bu vəzifəyə ötən ilin avqust ayında təyinat alıb.
Daxili xidmət polkovnikləri Aqşin Böyükağa oğlu Kazımova və Asif Eltufat oğlu Məmmədliyə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, iyun ayında bu vəzifəyə təyin olunub.

Asif Məmmədli isə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisidir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər