Dünya

“Rusiya ilə Ermənistan arasında münasibətlərdə çətinliklər aradan qaldırıla bilər” – Qaluzin

“İkitərəfli münasibətlərin əsas gücü Ermənistan və Rusiya xalqlarının onların möhkəmlənməsinə tərəfdar olmasıdır.Rusiya ilə Ermənistan arasında münasibətlərdə yaranan müvəqqəti çətinlikləri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi perspektivi ilə aradan qaldırmaq olar”.
Bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
O, Ermənistan və Rusiya xalqları arasında çoxsaylı tarixi, mədəni, humanitar və iqtisadi əlaqələri vurğulayıb.
“Bu, təkcə məndə deyil, hamımızda inam yaradır ki, münasibətlərimizdəki bəzi müvəqqəti çətinliklər nəinki aradan qaldırıla bilər, həm də çoxşaxəli əlaqələrimizin daha da inkişafı üçün onların öhdəsindən gəlmək olar”, – Mixail Qaluzin deyib.
Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, Ermənistan və Rusiya xalqları bu əlaqələrin möhkəmlənməsinə, inkişafına, genişləndirilməsinə və dərinləşməsinə tərəfdardırlar və “bu, bizim münasibətlərimizin əsas gücüdür”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin