Cəmiyyət

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyat olacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyatın olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir.Report xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında nazir müavini Rəhman Hümmətov bildirib.”Artıq Laçın rayonu, o cümlədən Laçın-Zabux istiqaməti ilə bağlı planlar hazırdır. Şuşa şəhəri ilə bağlı da addımlar atılır”, – deyə o qeyd edib.Nazir müavini son günlər Azərbaycanın gömrük postlarında yük maşınlarının sıxlığının yaranmasına da münasibət bildirib:“Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əvvəl cəmi 2 000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu rəqəm 12 600-a çatıb. Gömrük keçid məntəqələrinin genişləndirlməsi gündəmdədir və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Azərbaycan-Gürcüstan sərhəddində yük maşınlarının nizamlanmasına baxanda bu ölkənin Türkiyə və digər ölkələrlə sərhəddindəki mənzərəni də nəzərə almaq laızmdır. Onu da qeyd edim ki, ölkəyə idxal edilən yük maşınlarının sayı 36-37% artıb”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər