Hadisə

DSX-nin əsgəri qəfil vəfat etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri vəfat edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.