Hadisə

Sumqayıtda “tok” vuran yeniyetmə ilə bağlı mühüm xəbər

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyev sabah müalicə aldığı xəstəxanadan müvəqqəti olaraq evə buraxılacaq.
Bu barədə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev evə 10 günlük buraxılır, daha sonra yenə əməliyyata alınacaq:
“İki aydır Aslan xəstəxanadadır. 8 dəfə əməliyyat olunub. Hələ tam bərpa olunmayıb. Yanıq aldığı yerlər o qədər dərindir ki, bədəninin digər nahiyələrindən kəsib, yaralarını sağaltmağa çalışırlar. Uşaq çox əziyyət çəkir. Boyundan aldığı yanıq xəsarətləri sümüyünə qədər işləyib. Ağrılardan və əməliyyatlardan təngə gəlib. Yaddaş pozğunluğundan əziyyət çəkir”.
Qərənfil Əliyeva baş verən dəhşətli hadisədən sonra heç bir dövlət qurumunun, xüsusilə “Azərişıq” əməkdaşlarının uşağa baş çəkməməsindən, səhhəti ilə maraqlanmamasından da gileylənib:
“Bu iki ayda uşağın səhhəti ilə maraqlanan olmadı. Üstəlik “Azərişıq” günahı uşağın üstünə yıxdı. Halbuki, özlərinin səhlənkarlığı və səhvi ucbatından balam şikəst qaldı. Guya iki aydır araşdırma gedir. Bildiyim qədər işi də bağlayıblar”.
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Yeniyetmə iki aydır “Baku Medical Plaza”da müalicəsini davam etdirir. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.
Onu da bildirək ki, məsələ ilə bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyyətə hələki açıqlama verilməyib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.