Cəmiyyət

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ!

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər