Cəmiyyət

“Zirə” 1/4 finala vəsiqə QAZANDI

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma Bakı klubunun əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Otto Con erkən qolla komandasını önə keçirib. İlk hissə Tovuz təmsilçisinin üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə təzyiqi artıran “qartallar” yeddi dəqiqəyə iki qol vuraraq qalib gəliblər. 82-ci dəqiqədə Felipe Paxtman hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Rüstəm Əhmədzadə matçda son nöqtəni qoyub.

Bu nəticədən “Zirə” 1/4 finalda “Səbail”ə rəqib olub.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti raunda adlayıblar. Mərhələnin son iki oyunu dekabrın 21-də keçiriləcək.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər