Şirvan şəhərində yol qəzası baş verib, mikroavtobus qaldırıcı krana çırpılıb, hadisə zamanı xəsarət alanlar olub. Hadisə bu gün Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı mikroavtobus yolun kənarında dayanan qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova, Söhbət Kərimov Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.
Şirvandakı qəzada yaralananların kimliyi bəlli oldu
