Dünya

“Oyunlarınızdan xəbərimiz var” – Ərdoğan

“Meydanları əsla terror yolunda gedənlərə buraxmayacağıq”. 
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen Hava Limanının yeni uçuş-enmə zolağının açılış mərasimində deyib. 
Ərdoğan qeyd edib ki, heç bir əsər ərsəyə gətirə bilməyən şəxslər ölkələri üçün layihələr irəli sürən uzaqgörən dövlət xadimlərinə daim əngəl törədirlər: “Rəhmətlik Özalın layihələrini aşağılamaq üçün hansı ritorikadan istifadə edilirdisə, bizim üçün də eyni şəkildə istifadə olunur. Böhtan atdılar ki, hava limanı elə yerdə tikilib ki, orada təyyarələr enməsin. Tarix bizim haqlı olduğumuzu, onların haqsız olduğunu sübut etdi. 
Regional siyasətin terrorla formalaşdığı Türkiyə indi keçmişdə qaldı. Aramızda ixtilafın yaranmasına heç vaxt icazə verməyəcəyik. Kim bizim birliyimizə, həmrəyliyimizə hücum edirsə, terror məqsədlərinə xidmət edir. Türkiyə Əsrinin qurulmasının qarşısını ala bilməyəcəksiniz. Oyunlarınızdan xəbərimiz var. Biz sizin kim olduğunuzu çox yaxşı bilirik. Sizinlə mübarizəmizi davam etdirəcəyik. Meydanları heş vaxt terror yolunda gedənlərə, Qəndildə iradəsini əclaflara təslim edənlərə buraxmayacağıq”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin