Hadisə

“BakuBus”ın sürücüsü avtobusu saxlayıb namaz qıldı – AÇIQLAMA

Sosial şəbəkələrdə “BakuBus” sürücüsünün avtobusu saxlayaraq namaz qıldığına dair görüntülər yayılıb.

Qurumun mətbuat katibi Əsmər Əliyevanın sözlərinə görə, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsir etməyib:

“Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, “BakuBus”ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır”.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.