Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti fiziki şəxslərin binalara görə əmlak vergisi ödəməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməli, eləcə də aşağıdakı normativ hüquqi aktları 3 ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir:
– Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri;
– həmin Məcəllənin 15.1.15-4-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydası;
– həmin Məcəllənin 16.1.11-13-cü maddəsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı;
– həmin Məcəllənin 85.6.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası;
– həmin Məcəllənin 102.1.14.33-cü maddəsinə uyğun olaraq, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının məbləği;
– həmin Məcəllənin 111.4-cü maddəsinə uyğun olaraq, müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması qaydası;
– həmin Məcəllənin 119.2-ci maddəsinə uyğun olaraq, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası;
– həmin Məcəllənin 164.1.25-ci maddəsinə uyğun olaraq, idxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin siyahısı;
– həmin Məcəllənin 164.1.31-ci maddəsinə uyğun olaraq, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı;
İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik etdi
