Dünya

Azərbaycanın stolüstü tennisçiləri toplanış üçün Çinə yollanıblar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

Federasiyadan verilən məlumata görə, 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq.

Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan hazırlıq prosesinə yanvarın 24-də yekun vurulacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin