Dünya

Rusiya MN: Ukraynada 6 minə yaxın əcnəbi muzdlu məhv edilib

Xüsusi Hərbi Əməliyyat zamanı Ukrayna ordusunun sıralarında döyüşən 6 minə yaxın əcnəbi muzdlu məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, xüsusi hərbi əməliyyat zamanı Ukraynaya 13,5 mindən çox xarici muzdlu əsgər gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerikadan, 220-dən çoxu isə Afrikadan gəlib.
Bildirilib ki, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zamanı 5,9 mindən çox muzdlu əsgəri məhv edib, 5,6 mindən çox muzdlu Ukraynanı tərk edib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 1,9 mindən çox əcnəbi muzdlu döyüşür.
Müdafiə Nazirliyinin materiallarında o da qeyd olunub ki, xarici dövlətlər Ukrayna Silahlı Qüvvələrinə 1,6 min ədəddən çox raket və artilleriya silahı, 200 ədəddən çox zenit-raket kompleksi, 5,2 min ədəddən çox zirehli texnika və 23 mindən çox dron verib.
Eyni zamanda Rusiya MN xarici ölkələrin Ukraynanı maliyyə yardımının həcmini də açıqlayıb. Bildirilib ki, Ukraynanı 54 ölkə dəstəkləyir və Kiyevə ayrılan maliyyə yardımının həcmi 203 milyard dollardan çoxdur.
Rusiya tərəfi iddia edib ki, ABŞ və NATO-nun 500-dən çox peyki Ukrayna ordusunun maraqları üçün fəaliyyət göstərir. Onlardan 70-dən çoxu hərbi və kəşfiyyat kosmik aparatları, qalanları isə ikili təyinatlı kommersiya peykləridir. Həmçinin, Ukrayna ordusu idarəetmə və rabitəni təşkil etmək üçün Starlink peyk sisteminin 20 mindən çox terminalından istifadə edir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin