Cəmiyyət

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Aygün Bəylər yenidən xəstəxanaya yerləşdirilib. 

Bu barədə jurnalist Aygün Muradxanlı sosial media hesabında paylaşım edib. 

O, paylaşımına bu başlığı yazıb: “Aygün Bəylərin Gülhanə Hərbi Tibb Akademiyası GATA-da növbəti müalicə mərhələsi başlayıb. İlk gündən Heydər Əliyev Fondu sürəci tam nəzarətdə saxlayır. Allahdan ümid kəsilməz. Hər ağızda bir kəramət var, dua edək. Allah övladına bağışlasın.

Aygünə indi ən çox mənəvi dəstək lazımdır. Ankaradakı dostlar, xəstəxanaya bir zənglə dəstək ola bilərsiniz, doktorlar çatdırırlar. Çiçək qəbul edilmir bu mərhələdə. İmkanı olanlar zəngi əsirgəməsin”.

Xatırladaq ki, Aygün Bəylər bir müddət öncə süd vəzi xərçəngindən əziyyət çəkirdi. Ötən ay onun səhətinin yaxşılaşması və tam sağalması ilə bağlı xəbərlər yayılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər