Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.
Report xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq.
Oxu.az xəbər verir ki, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.
Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Gəncədə vida mərasimi keçirilir
