Cəmiyyət

Laçında həlak olan gizir dəfn edildi – FOTOLAR (YENİLƏNİB)

Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində həlak olan hərbi qulluqçumuz Həsən İsmayılov dəfn edilib.
O, Gəncə şəhərində torpağa tapşırılıb.
Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində həlak olan hərbi qulluqçumuz 28 yaşlı Həsən İsmayılovla vida mərasimi keçirilir. Mərasim gizirin Gəncədə yaşadığı evdə baş tutub.
Vida mərasiminə  28 yaşlı Həsən İsmayılov ailə üzvləri, hərbçi yoldaşları və şəhər ictimayəti qatılıb. Mərasimdən sonra yol qəzasında həlak olan gizir Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək. Həsən İsmayılov ailəli olub,onun iki az yaşlı övladı var.
Xatırladaq ki, ötən gün səhər saatlarında Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu ölüb, 10 yaxın hərbçi isə yaralanıb.

  • Laçında həlak olan gizir dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
  • Laçında həlak olan gizir dəfn edildi - FOTOLAR (YENİLƏNİB)
0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər