Cəmiyyət

Şəhid Səxavət Axundov da dəfn edildi – Fotolar

Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib.
AzərTac xəbər verir ki, şəhid Səxavət Axundov doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndində son mənzilə yola salınıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Kənd qəbiristanlığında torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib.
Səxavət Axundov hərbi xidmətə 2022-ci ilin oktyabrında yollanıb. Bu ilin aprel ayında hərbi xidməti başa vuracaqdı. Qardaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər