Cəmiyyət

Prezident seçkiləri ilə əlaqədar 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.MSK sədri deyib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərində 37 nəfər, MDB Parlament Assambleyası 17 nəfər, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyasının seçkiləri izləyəcəyi barədə artıq məlumatlar göndərib. Ümumilikdə, 19 ölkədən 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər