Rusiya və Türkiyə prezidentləri arasında görüş keçiriləcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tarixi hələ seçilməyib: “Görüş diplomatik kanallarla razılaşdırılacaq”.Peskov vurğulayıb ki, Putin və Ərdoğan arasında daimi ünsiyyətə ehtiyac var, lazım gəldiyi təqdirdə, liderlər telefonla çox tez zəngləşə bilirlər.
Putin Ərdoğanla GÖRÜŞƏCƏK
