Dünya

Azərbaycan humanitar yardımın növbəti hissəsini Ukraynaya göndərib – FOTO

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.Bu barədə Energetika Nazirliyi məlumat yayıb.Bildirilib ki, 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi daxildir.Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin