Cəmiyyət

Bu şəxslər peyvənd olunmalıdır – QIZILCA ÇAĞIRIŞI

Son günlər uşaqlar və böyüklər arasında qızılcaya yoluxma geniş yayılıb. Xəstəliklə mübarizə məqsədilə insanların vaksinasiyası vacib xarakter alıb. Artıq 11-40 yaş arası əhali arasında peyvəndlənmə prosesi başlayıb. Bu yaş aralığında insanların qızılcaya qarşı bir dəfə peyvəndlənməsi kifayətdir. 
Sahə həkimi Pakizə Xəlilova “Xəbərin olsun” verilişinə açıqlamasında bildirib ki, əgər hər hansı bir şəxs uşaq vaxtı peyvənd olunubsa daha sonra qızılca keçirməyibsə peyvənd oluna bilər. Lakin sonuncu peyvənddən 10 il keçməlidir.
Həkimlər onu da qeyd edib ki, hər gün 10-20 nəfər peyvənd olunmaq üçün klinikaya müraciət edir. 40 yaşdan yuxarı şəxslər arasında isə peyvəndlənmə həyata keçirilimir. Koronavirusdan fərqli olaraq qızılca peyvəndi bir doza vurulur.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər