Bakıda avtomobildən oğurluq edilib. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 22-nə keçən gecə rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birində “BMW” markalı avtomobildən 2720 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Elvin Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
“Moyka”dakı “BMW”dən 2720 manat oğurladılar
