Hadisə

Qazidən rüşvət alan məmur azadlığa buraxılıb

Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq müdiri Fərhad Dəmirov Ali Məhkəmənin qərarı ilə şərti azadlığa çıxıb. Fərhad Dəmirov cəzasının 3 il 2 ayını çəkdikdən sonra azadlığa buraxılıb. Belə ki, Fərhad Dəmirov Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.12.2021-ci il tarixli hökmü ilə rüşvət almaqda ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.Xatırladaq ki, Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1.200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1.200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb. Xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülüb.Qeyd edək ki, Qarabağ qazisi Asif Məlikov 1994-cü ildə Ağdamın Güllücə kəndi yaxınlığında gedən döyüşlərdə yaralanıb. 2003-cü ildə Müdafiə Nazirliyinin həkim komissiyasının qərarına əsasən, ona hərbi travma alması barədə rəy verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.