Dünya

“Azərbaycan hüquqi məsələlər təqdim etdi” – Mirzoyan

“Azərbaycan Ermənistanın Konstitusiyasında Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinadın olmasını problemli hesab edir”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Onlar bu məsələni qaldırdılar, dedilər ki, bu problemdir. Hüquqi məsələlər təqdim etdilər”, – deyə Mirzoyan açıqlayıb. XİN rəhbəri qeyd edib ki, sülh müqaviləsi layihəsində Ermənistan Konstitusiyası ilə bağlı heç bir müddəa yoxdur: “Ümumi sülh prosesində tərəflər bir-birinin hüquqi problemlərini görür və izahat verirlər. Bu cür müzakirələr hələ davam edəcək”. Qeyd edək ki, yanvarın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin