İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.DİM sədri bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.”Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”.M.Abbaszadənin sözlərinə görə, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib və yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq.
Qəbul imtahanlarının cədvəli yaxın vaxtlarda açıqlanacaq
