Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli cənab General-Qubernator,Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram”.