Cəmiyyət

Televiziyanın missiyası nəyə xidmət edir?

“Televiziya bir vaxtlar cəmiyyətin inkişafında necə rol oynayıbsa, bu gün əksinə, cəmiyyətin parçalanmasında müəyyən rol oynayır”. – Sabir Rüstəmxanlı Dəyərli şairimiz Zəlimxan Yaqub düz vurğulamışdı: “Xalqın mənəviyyatına toxunmaq olmaz. Xalq başqa qüvvədir, xalqın min illərə söykənən xəzinəsi var. Mənim xalqım nə günə qalıb ki, ekranda çıxıb evlənməli və kimlərinsə reytinqi qalxmalıdır. Ona görə də xalqın heysiyyətına toxunmaq olmaz. Millətin ruhunu qorumaq lazımdır. Bizim xalq o əqidənin sahibi deyil. Avropalaşmaq o demək deyil ki, çılpaqlaşmalısan”. Bu günümüzün reallıqlarından danışacağıq və günümüzün gerçək üzünü, nə qədər biabırçı televiziyamızın olmağından yazacağıq. Hal-hazırda xalqa, millətə bəhrə verməyən, ona düzgün örnək olmayan, gənclərimizi bataqlığa sürükləyən televiziya işçilərini ekranda görməkdən gözümüz mazol olub. Niyə? Nə üçün? Nəyə görə? Bəlkə də belə lazımdır. Amma inanmıram ki, kiminsə marağına təsir etsin. Bu verilişlər, bu qınaq obyektləri heç kimə lazım deyil. Onlar sözün əsl mənasında evimizə qədər soxulan mənəviyyatsızlıqdan başqa bir şey deyil. Bir zamanlar Zəlimxanı göstərən tv’lər indi evlilik proqramlarında “Nemet kişi”ni göstərir. Biz bu deyilik! “Qaçaq Nəbi”ni, “Axrıncı aşırım”ı, “Bir gəncin manifesti”ni yazan nəsil idik. Nə oldu bizə?! Zəlimxan demiş; “Yığışdırmaq lazımdı bu şeyləri. Avropalaşmaq istəyirsənsə, Avropanın çox mütərəqqi, çox ideal, çox gözəl keyfiyyətləri var. Onları götür”. “Bu millətə “şoudan” daha lazımlı ibrətamiz filmlər gərəklidir” deyəcəyəm, lakin artıq o da yoxdur. Bir “Mozalan” vardı güldüyümüz, o da yoxa çıxdı. S. Rüstəmxanlı çox doğru qeyd edir : “Televiziyalarda şou-proqramlar, xüsusi aparıcıların bəzi xüsusi verilişləri çox ciddi narahatlıqlar doğurur”. Onlar bizi “ağlatmaqdan” başqa bir şey bilmirlər. Bir veriliş ki, burada reytinq naminə insanlara “Ağlayın!” komandasını verirlər. Bəli, bu, reallıqdır. Bəs biz niyə bunlara tabeyik? Niyə öz dərdlərimiz azmış kimi bu fırıldaqlara inanıb göz yaşı axıdırıq, özü də evimizdə televiziya qarşısında? Deyək ki, bu verilişlər insanların dərdlərinə şərik olmaq, onlara yardım etmək üçündür. Bəs orada tam “ağlamalı” yerdə sponsor reklamına nə gərək var? Məzmunla işimiz guya bitdi…Keçək formaya: Ədəbi dil – sıfır, tələffüz – sıfır, öz ana dilində danışmaq – o da sıfır! Bunlar lap əcnəbi imiş ki.. Doğrudur, televiziyamızda intellektual verilişlər də var, amma onların da qoyduğu suallar gənclərimizi öyrətməyə yox, öyrətməkdən çəkindirməyə xidmət edir. İşdir, millət fikirləşər, öyrənər birdən. Qəti olmaz! Bu gedişlə Avropalaşmaq istəyi elə istək olaraq qalacaq. İsrarla arzu edirik ki, bizə “14 fevral nə günüdür?”, – sualı veriləndə fəxrlə deyək ki, – “14 fevral – günü-gündən öz təravətinə dönən Azərbaycan televiziyasının yaranma günüdür”. Ümid edirik ki, bizim bu yanaşmamızdan sonra aidiyyəti qurumlar lazım olan yerlərə sözünü deyər və arzumuzu reallaşdırar.

Sizin Zaman

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər