Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun daha bir oyunu keçirilib.”Sizin Zaman” Unikal’a istinadən xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Kəpəz”lə qarşılaşıb.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Birinci pillədəki “Qarabağ” xallarının sayını 47-yə çatdırıb. 17 xala malik “Kəpəz” 9-cu sıradadır.