İsrail hərbçiləri tibb işçisi kimi geyinərək İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın ediblər. “Sizin Zaman” Unikal’a istinadən xəbər verir ki, hücum zamanı HƏMAS üzvü olduğu iddia edilən 3 fələstinli həlak olub.
Fələstin Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında beynəlxalq insan haqları təşkilatlarını İsrailin Fələstinə qarşı cinayətlərinə son qoymağa çağırıb.