Cəmiyyət

Sənədsiz evlərin aqibəti necə olacaq? – AÇIQLAMA

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturlar. Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bununla bağlı açıqlamasında bildirib ki, o da bir neçə dəfə sənədsiz evlərlə bağlı məsələni qaldırıb.

“O cümlədən Mətin Eynullayevlə də bu məsələ ilə bağlı danışmışıq ki, bunu necə etmək mümkündür. Onlar da bu istiqamətdə çalışırlar. Cənab Prezidentin də bununla bağlı sərəncamı var. Bu istiqamətdə işləri yerinə yetiririk”, -deyə komitə sədri bildirib.S.Novruzovun sözlərinə görə, sənədsiz evlər məsələsində bələdiyyələr üçün də problem yaranır: “Sənədsiz evlərdən bələdiyyələr ödəniş yığa bilmir. Sənədsiz evlərin sənədləşdirilməsi üçün müxtəlif formalar müzakirə olunur. Yaxın müddətdə bu evlər sənədləşdiriləcək”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər