Uncategorized

Bakıda avtoqarajlarda fəaliyyət göstərən obyektlər park salınmasına mane olur – VİDEO

Bakının Nizami rayonu, Naxçıvanski 38 ünvanında park salınır.

Xezerxeber.az-ın məlumatına görə, artıq qazıntı prosesinə başlanılıb, lakin işləri davam etdirmək mümkün deyil.

Səbəb isə ərazidə yerləşən obyekt və sex kimi istifadə edilən avtoqarajlardır.

Ərazidə iş aparan şirkət əməkdaşının sözlərinə görə, bu obyektlərin sahibləri ilə sadəcə zənglə əlaqə yarada biliblər.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Naxçıvanski küçəsi 38 və 48 ünvanlarında məhəllənin abadlaşdırılması işlərinə başlanılıb. Məhəllədə uşaq-əyləncə və idman qurğuları, yeni işıqlandırma sistemi, söhbətgahlar və oturacaqlar quraşdırılacaq, sakinlərin şəxsi avtomobilləri üçün parklama yerləri yaradılacaq. Bu məqsədlə sözügedən ünvanlarda sakinlər tərəfindən çəpərlənərək zəbt edilmiş ərazilər, eyni zamanda, beş ədəd dəmir avtoqaraj və beş ədəd köhnə tipli söhbətgah götürülüb. Digər daş avtoqarajların götürülməməsinə səbəb isə onların müvafiq sənədlərinin olmasıdır.

Ətraflı süjetdə:

https://youtube.com/watch?v=XW1vJwh7Sq8%3Fsi%3DyKUoXQ4BjeDPyUhx
https://m.youtube.com/watch?v=XW1vJwh7Sq8
0
0

Həmçinin baxa bilərsiniz

Uncategorized

Qazax sakinləri “Azəriqaz”a müraciət etdi – FOTOLAR

  • 25 Aprel 2023 - 21:32
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil edilib. Aksiyaya ümumilikdə 20-yə yaxın sakin qatılıb ki, bunlardan da 16
Uncategorized

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tərtər RİH-də əməliyyat: Saxlanılanın kimliyi bilindi – YENİLƏNİB

  • 01 Avqust 2023 - 10:33
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib. “Report”