Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni binanın inşasına başlanılıb.
“SizinZaman” xəbər verir ki, xəstəxana binası 2 hektar sahədə inşa olunur.
Səhiyyə ocağı üçmərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.
Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq.