Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.
“Biz 17 nəfərin öldüyünü, daha dörd nəfərin yaralandığını təsdiqləyirik. Səkkiz nəfər itkin düşüb”, – deyə milli polisin rəhbəri general Benjamin Akorda bildirib.
Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.
Mənbə: TASS