Cəmiyyət

Mixeil Saakaşvili mübarizəsini dayandırmayacağını açıqladı

O, prezident idi, yəqin ki, nəsə səhv edərdi” deyənləri başa düşmürəm. Məni ittiham etdikləri heç nə etməmişəm”.

“SizinZaman” xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Facebook” sosial şəbəkəsində yazıb.

Saakaşvilinin qeyd etdiyinə görə, nə qədər ki, ağzında can var, o, gürcülər və ukraynalılar üçün tarixi ədalət və daha yaxşı gələcək üçün mübarizəni dayandırmayacaq.

“Xalq Müdafiəçisi Şurasının rəyi dərc olunub. Bundan əvvəl İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi praktiki olaraq belə qənaətə gəlmişdi ki, olduğum şəraitdə məni sağaltmaq əslində mümkün deyil, amma əsas olan mənim sağlamlıq vəziyyətim deyil – Gürcüstana gələndə bilirdim ki, həyatımı təhlükəyə atıram. Əsas olan mənim və bir çox başqa insanların başına gələn haqsızlıqdır. Ən çox da insanların bu ədalətsizliyə dözməsini istəmirəm. “O, prezident idi, yəqin ki, nəsə səhv edərdi” deyənləri başa düşmürəm. Məni ittiham etdikləri heç nə etməmişəm!

Mən xalqımızın əksəriyyətinə və ümumən tarixi ədalət hissinə ümid edirəm. Nə qədər ki, canım ağzımdadır, gürcülər və ukraynalılar üçün tarixi ədalət və daha yaxşı gələcək üçün mübarizəmi bir saniyə belə dayandırmayacağam.

Əslində biz çox, böyük əksəriyyətik! Əsas odur ki, bir-birimizi görək, gücümüzə inanaq, heç kimin bizi qabaqlayıb məhv etməsinə imkan verməyək. Biz qalib gələcəyik!”, – Saakaşvili sosial şəbəkədə yazıb.

1
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər