Mehdi Hüseynzadə adına şəhər stadionu yenidən qurulduqdan sonra ilk oyuna ev sahibliyi edib.Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt” “Neftçi” oyunu Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib.Oyundan əvvəl konsert proqramı təşkil olunub. İki müğənni – Hiss və Murad Arif çıxış ediblər.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1. Topa ilk toxunuşu 1966-cı ildə bu arenada baş tutan ilk matçda fərqlənmiş Telman Salahov edib.Qələbə sayəsində xallarının sayını 34-ə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib.Təxminən 10 min azarkeşin izlədiyi görüşə xüsusi qonaqlar da təşrif buyurub.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Müşfiq Məmmədli, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Elm və Təhsil naziri Emin Əmrullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf və digər qonaqlar oyunu izləyib.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Neftçi” ilə oyunda “Sumqayıt”ı sona kimi tək buraxmayıb. Oyunu həyəcanla izləyib.