Cəmiyyət

Veb-kameralar saat 07:30-dan seçki prosesi bitənədək işləyəcək

Sabahkı seçkilərdə əsas tələblərdən biri şəffaflığın tam təmin edilməsidir.

“SizinZaman” Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Komissiya rəhbəri onu da qeyd edib ki, seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb və onların arasında 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Həmin müşahidəçilərin hamısı mötəbər beynəlxalq təşkilatları təmsil edirlər.

Məzahir Pənahov diqqətə çatdırıb ki, seçki prosesində şəffaflıq baxımından heç bir problem olmayacaq: “Ölkə ərazisi üzrə 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və sabah saat 07:30-dan gün ərzində bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Həmin məntəqələrdə baş verənləri MSK-nən rəsmi saytından izləmək olar.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər