Xəbər verdiyimiz kimi, Gürcüstanda hava şarının qəzaya uğraması insan tələfatı ilə nəticələnib. “SizinZaman” xəbər verir ki, şarın elektrik xətti ilə toqquşması Tbilisidən 15 km cənub-qərbdə, Kvemo Kartli bölgəsinin Tetritskaro rayonunun Asureti kəndində baş verib.
Hadisə nəticəsində Gürcüstanın “İmedi” telekanalının operatoru Mişa Bidzinaşvili həlak olub. Məlumata görə, ölən üç pilotdan biri Revaz Uturqauri – “Sky Travel” şirkətinin təsisçisi və Gürcüstanda Birinci Aviasiya Klubunun pilotu, Gürcüstan Milli Aeronavtika Federasiyasının prezidentidir. Hava şarı Poti liman şəhərindən Azərbaycanla sərhədə yaxın olan Kaxeti bölgəsinə uçmalı imiş.***07.02.2024 / 16:53Gürcüstanın Asureti şəhərində hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb. “SizinZaman” xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.Qəza nəticəsində üç nəfər həlak olub. Hazırda hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.