Cəmiyyət

Bu il Həcc ziyarəti üçün qiymətlər müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

“SizinZaman” xəbər verir ki, bub barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər